Ana Sayfa > Şou-biznes > Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var

Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var


Bu gün, 13:55. Yazar: Subhan
Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var

"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır".

aia.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib.

"Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq", - deyə Ş.Taciroğlu bildirib.

Qeyd edək ki, T.Şahmalıoğlu həm də şəkərli diabetdən əziyyət çəkir və bununla bağlı xeyli çəki itirib.

aia.az
Geri dön