Ana Sayfa > Özəl > Serdar Ortaç mirasını kimə qoyacağını açıqladı: Boğaz mənzərəli evi də bölüşdürüləcək

Serdar Ortaç mirasını kimə qoyacağını açıqladı: Boğaz mənzərəli evi də bölüşdürüləcək


Bu gün, 19:00. Yazar: vasif
Serdar Ortaç mirasını kimə qoyacağını açıqladı: Boğaz mənzərəli evi də bölüşdürüləcək




Türkiyəli müğənni Serdar Ortaç vəsiyyətnaməsini sağlığında hazırladığını və ölümündən sonra əmlakının kimlərə qalacağını müəyyənləşdirdiyini açıqlayıb.

Övladı olmayan sənətçi mirasının illər əvvəl vəfat edən qardaşının övladları arasında bölüşdürüləcəyini bildirib. Ortaç uzun illərdir onunla çalışan bəzi şəxslərin də vəsiyyətnamədə nəzərə alındığını deyib.

Müğənni daha əvvəl də əmlakını yaxın çevrəsindəki insanlara qoymaq istədiyini açıqlamışdı. O, 2023-cü ildə bir evinin olduğunu və həmin əmlakın vəsiyyət etdiyi şəxslər arasında bölüşdürüləcəyini bildirmişdi.

Açıqlamadan sonra Ortaçın İstanbulun İstinye bölgəsində yerləşən Boğaz mənzərəli evi də yenidən diqqət mərkəzinə düşüb. Sənətçinin 2016-cı ildə 15 milyon lirəyə aldığı mülkün dəyərinin ötən müddətdə təxminən beş dəfə artdığı bildirilir.

750 kvadratmetrlik ərazidə yerləşən mülkdə 8 otaq, 4 salon və 4 hamamın olduğu, həmçinin terras, balkon, təhlükəsizlik kameraları və yaşıllıq sahəsinin yerləşdiyi qeyd edilir.
Geri dön