Ana Sayfa > Karusel / Ölkə > Üç gün əvvəl dənizdə batan iki tələbənin meyiti tapıldı
Üç gün əvvəl dənizdə batan iki tələbənin meyiti tapıldıBu gün, 10:43. Yazar: Subhan |
![]() Üç gün əvvəl Bilgəhdə dənizdə batan iki şəxsin meyiti tapılıb. Bu barədə aia.az-a FHN-dən bildirilib. Verilən məlumata görə, sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü olan Əlizadə Əlipaşa Natiq oğlunun və 2008-ci il təvəllüdlü Əmrəliyev Elmin Elman oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hər iki gəncin tələbə olduğu bildirilir. aia.az Geri dön |