Ana Sayfa > Ölkə > Salyanda kişini maşın vurdu - Yerindəcə öldü

Salyanda kişini maşın vurdu - Yerindəcə öldü


Dünən, 23:17. Yazar: vasif
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü


Salyanda avtomobil piyadanı vuraraq öldürüb.

“aia.az” xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Alçalı kənd sakini 1956-cı il təvəllüdlü Nəcəf Hüseynov yolu keçmək istəyən zaman “Audi” markalı avtomobil onu vurub.

İlkin məlumata görə, müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön