Ana Sayfa > Təhsil > 4 rayonun təhsil şöbəsində 55 nöqsan aşkar edilib
4 rayonun təhsil şöbəsində 55 nöqsan aşkar edilib10-04-2017, 17:58. Yazar: admin |
Respublikanın 4 təhsil şöbəsi üzrə büdcə qanunvericiliyinin tələbləri ilə bağlı 15 nöqsan aşkarlanıb. Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub. Bunlar Lənkəran, İmişli, Şəmkir və Oğuş rayon təhsil şöbələridir. Adları qeyd olunan şöbələrdə əsaslı qoyuluşlar (tikinti) üzrə qanunvericiliyin tələbləri ilə bağlı 7 nöqsan aşkarlanıb. İmişli rayon Təhsil Şöbəsində dövlət əmlakı ilə bağlı qanunvericiliyin tələbləri ilə bağlı 1 nöqsan, büdcə gəlirlərinin yığılması, hesablanması və ödənilməsi üzrə tələbləri ilə bağlı da 1 nöqsan olub. Həmin rayonların təhsil şöbələrində dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələbləri ilə bağlı 15 nöqsan, mühasibat uçotu və hesabatlılıq ilə bağlı qanunvericiliyin tələbləri ilə bağlı 16 nöqsan aşkarlanıb. Ümumilikdə Hesablama Palatası bu 4 rayonun təhsil şöbəsində 55 nöqsan aşkarlayıb. AİA.az Geri dön |