Ana Sayfa > Ölkə > Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
Yasamalda 70 yaşlı qadın dələduzluq etdiBu gün, 11:43. Yazar: Subhan |
![]() Yasamal rayonunda dələduzluq faktı qeydə alınıb. aia.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum olunmuş 70 yaşlı N.Məhərrəmova saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, N.Məhərrəmova zərərçəkmiş şəxsin evinə özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək daxil olub. O, maddi yardım göstəriləcəyi vədi ilə həmin şəxsdən 2 250 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları alıb. Həmçinin məlum olub ki, N.Məhərrəmova əldə etdiyi qızıl-zinət əşyalarını sonradan satıb. Faktla bağlı araşdırmalar davam etdirilir. aia.az Geri dön |