Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda maşın yanıb kül oldu – FOTO

Bakıda maşın yanıb kül oldu – FOTO


10-10-2015, 11:57. Yazar: admin

Yanğın nəticəsində yaxınlıqdakı bir ədəd irigövdəli ağac da yanıb.

Bakıda avtomobil yanıb.

Aia.az
xəbər verir ki, Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Nizami rayonu ərazisində, Azər Manafov küçəsində (metronun Qara Qarayev stansiyasının yaxınlığı) "Mitsubishi" markalı cip tamamilə yanıb.

Avtomobilin motorxanasında başlayan yanğın sürətlə onun salonua keçib və nəqliyyat vasitəsi tamamilə yararsız vəziyyətə düşüb.

Yanğın nəticəsində yaxınlıqdakı bir ədəd irigövdəli ağac da yanıb. Hadisə yerinə gələn yanğınsöndrmə briqadası digər ağacların yanmasının, eləcə də alovun yaşayış binasına keçməsinin qarşısını alıb.

Bakıda maşın yanıb kül oldu – FOTO

Geri dön