Ana Sayfa > Cəmiyyət / Karusel > Bakı sakinini intim görüntüləri ilə şantaj edib 108 min manatını aldılar

Bakı sakinini intim görüntüləri ilə şantaj edib 108 min manatını aldılar


10-04-2017, 17:13. Yazar: admin
Bakı sakinini intim görüntüləri ilə şantaj edib 108 min manatını aldılar



Bakıda kişini intim görüntüləri ilə şantaj edən şəxs ondan 108 min manat alıb.

AİA.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, paytaxt sakini 34 yaşlı N.V. hüquq-mühafizə orqanlarına müraciət edərək şantaj olunduğunu bildirib. Şikayətçinin sözlərinə görə, əvvəldən tanıdığı Samir adlı şəxs hədə-qorxu gələrək onun müxtəlif qadınlarla olan intim görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib və həmin görüntüləri yaymamaq müqabilində 100 min manat alıb. Bu ilin fevral ayında həmin şəxs N.V.-dan daha 8 min manat alıb.

Əlacsız qalan şəxs polisə müraciət edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

AİA.az
Geri dön