Ana Sayfa > Dünya > Səudiyyəyə ağır dron zərbələri - Ər-Riyadda təşviş
Səudiyyəyə ağır dron zərbələri - Ər-Riyadda təşvişBu gün, 18:12. Yazar: vasif |
![]() Ötən gecə Yaxın Şərq növbəti dəfə son dərəcə gərgin hərbi-siyasi gününü yaşayıb. aia.az xəbər verir ki, Yəməndəki "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının strateji, hərbi və mülki infrastrukturlarına qarşı genişmiqyaslı raket-dron hücumları həyata keçirib. Zərbələr ölkənin bir çox vacib mərkəzlərini – Ər-Riyad, Əl-Xərc, Farsan, Abha, Cizan, Nəcran, Xamis-Müşayt, Yanbu və Əl-Ula məntəqələrini əhatə edib. Səudiyyə Ərəbistanının HHM sistemləri Ər-Riyada yönələn ballistik raketi vurduğunu bildirsə də, paytaxtın Kral Xalid beynəlxalq aeroportunun yanacaq çənləri yaxınlığında güclü partlayış müşahidə olunub və uçuşlarda müvəqqəti fasilələr yaranıb. Hücumlar ölkənin cənubunda və Qırmızı dəniz sahilindəki Yanbu şəhərində yerləşən "Saudi Aramco" şirkətinin obyektlərini hədəf alıb. Yanbu, Cizan və Abhadakı terminal və neft emalı zavodlarında genişmiqyaslı yanğınlar baş verib, təhlükəsizlik məqsədilə bəzi enerji obyektlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Səudiyyə rəsmilərinin məlumatına görə, ölkənin cənub regionlarında yaşayış məntəqələrinə düşən dron zərbələri nəticəsində 73-dən çox mülki şəxs yaralanıb. Uzun müddətdən sonra ilk dəfə olaraq paytaxt Ər-Riyad və ətraf şəhərlərdə mülki əhalinin telefonlarına rəsmi olaraq hava hücumu xəbərdarlığı mesajları göndərilib. Husilərin intensivləşən kütləvi hücumları Səudiyyə Ərəbistanının "Patriot" HHM sistemləri üçün raket ehtiyatını sürətlə tükətməyə başlayıb. Bu səbəbdən Krallıq təcili olaraq Fransa, Britaniya, Pakistan və Misirdən HHM dəstəyi istəyib. Eyni zamanda Ər-Riyad husilərin hücumlarını dayandırmaq və atəşkəsə nail olmaq üçün birbaşa və dolayı yollarla (Çin, Türkiyə və Pakistan vasitəsilə) İrana vasitəçilik müraciəti edib. Bu hücumdan sonra Səudiyyə Ərəbistanının "Məkkə sazişi" üzrə müttəfiqləri Türkiyə və Pakistanın diplomatik səyləri intensivləşib. Həm Ankara, həm də İslamabad Səudiyyə Ərəbistanının ərazi bütövlüyünü tam dəstəklədiklərini bəyan etsələr də, hərbi qarşıdurmaya birbaşa cəlb olunmaq istəmirlər. Bu səbəbdən hər iki ölkə münaqişənin dayandırılması üçün yeni təkliflər hazırlayaraq, "Ənsar Allah"ın əsas dəstəkçisi olan İrana diplomatik təzyiqləri artırıb. Sentyabrın 16-17-də husilərin neft infrastrukturuna intensiv zərbələr endirməsindən dərhal sonra Pakistan ordusunun komandanı Asim Munir hələ son böyük raket-dron dalğasından əvvəl İran rəhbərliyinə müraciət etmişdi. "Financial Times"ın məlumatına görə, Pakistan rəsmiləri Tehrana öncədən xəbərdarlıq etmişdilər ki, əgər Səudiyyə Ərəbistanı "Məkkə sazişi"ni əsas gətirərək rəsmi müraciət etsə, İslamabad hərbi baxımdan cavab vermək məcburiyyətində qalacaq. Husilərin 19 sentyabr hücumundan dərhal sonra diplomatik təmaslar pik həddə çatıb. Məhz bu son hücumun ardınca Pakistanın xarici işlər naziri İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə təcili telefon danışığı aparıb. Eyni zamanda Türkiyənin xarici işlər naziri Hakan Fidan da açıqlama verərək, döyüşlərin dayandırılması üçün bütün tərəflərə yeni konkret təkliflərin göndərildiyini bəyan edib. B1xjfSZvmnH2SERRAPE7qUaWB204K7ynqo1Gx4WZ_1200.jpg (125 KB) Türkiyə ilə Pakistanın Səudiyyə Ərəbistanına hərbi-texniki dəstək verə biləcəyi barədə bəyanatları "Ənsar Allah"ın kəskin reaksiyasına səbəb olub. Husilərin yüksək rütbəli rəsmisi Məhəmməd əl-Buhayti rəsmi Ankara və İslamabada xəbərdarlıq edərək, Səudiyyə Ərəbistanına hərbi dəstək məqsədilə bölgəyə qoşun yeridiləcəyi təqdirdə hər iki ölkənin birbaşa hədəfə çevriləcəyini və sərt cavab alacaqlarını bildirib. Lakin İranın vasitəçilik cəhdlərinin qısa müddətdə tam uğur qazanması çətin görünür. Çünki rəsmi Ər-Riyadın ABŞ-nin təsir dairəsində qalması İranın maraqlarına uyğun gəlmir, husilər isə atəşkəs üçün Yəmənin hava, quru və dəniz blokadasının tamamilə ləğv edilməsini, xarici hərbi qüvvələrin çıxarılmasını və təzminat ödənilməsini tələb edirlər - bu şərtlər Ər-Riyad üçün hələlik son dərəcə ağırdır. Son hadisələr regionda güclər balansının hara doğru dəyişdiyini bir daha göstərir. Yeri gəlmişkən, İranın dünən Qətər vasitəsilə ABŞ-yə növbəti sülh təklifləri göndərdiyi bildirilir.musavat Geri dön |