Ana Sayfa > Siyasət > Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü
Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdüBu gün, 11:57. Yazar: vasif |
![]() 20 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. “aia.az” xəbər verir ki, bu haqda XİN məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 81-ci sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. Geri dön |