Ana Sayfa > Dünya > Hitlerdən sonra Almaniyada görünməmiş hərbi gediş – Hamı bir nəfər kimi...
Hitlerdən sonra Almaniyada görünməmiş hərbi gediş – Hamı bir nəfər kimi...Bu gün, 13:16. Yazar: vasif |
![]() Almaniyada gənclərin hərbi qeydiyyatı və Bundesverdə xidmətə yararlılığının müəyyənləşdirilməsi sistemi yenidən genişləndirilir. aia.az xəbər verir ki, 2026-cı ildən bütün 18 yaşlı kişi və qadınlara Bundesver tərəfindən xüsusi sorğu göndərilir. Kişilər bu sorğunu cavablandırmağa məcburdur, qadınlar üçün isə bu, könüllüdür. Daha ciddi mərhələ 1 iyul 2027-ci ildən başlayacaq. 2008-ci il və daha sonra doğulan kişilər Bundesverdə xidmətə yararlılığın müəyyənləşdirilməsi üçün məcburi tibbi müayinədən keçməlidirlər. Hətta əvvəlcədən hərbi xidmət etmək istəmədiyini bildirən şəxslər də bu müayinədən azad edilməyəcək. Almaniyada məcburi hərbi xidmətin tarixi Hitler dövrünə də gedib çıxır. Nasist hakimiyyəti 1935-ci ildə Versal müqaviləsinin məhdudiyyətlərini pozaraq ümumi hərbi mükəlləfiyyəti yenidən tətbiq etmişdi. Gənc kişilər hərbi xidmət üçün qeydiyyata alınır, sağlamlıq və fiziki yararlılıqları yoxlanılır, uyğun hesab edilənlər silahlı qüvvələrə cəlb olunurdu. Bu sistem sonradan Almaniyanın sürətlə silahlanmasının əsas vasitələrindən birinə çevrildi. Bununla belə, hazırda Almaniyada hərbi xidmətin özü könüllü olaraq qalır. Ölkədə məcburi əsas hərbi xidmət 2011-ci ildən dayandırılıb. Lakin hökumətin müəyyən etdiyi şəxsi heyət hədəflərinə könüllülər hesabına çatmaq mümkün olmazsa və ya təhlükəsizlik vəziyyəti tələb edərsə, Bundestaq ayrıca qanunla ehtiyaca əsaslanan məcburi hərbi xidməti tətbiq edə bilər. Almaniya hökuməti Bundesverin şəxsi heyətini 2035-ci ilədək 260 mindən çox aktiv hərbçi və 200 min ehtiyatçıya çatdırmağı hədəfləyir. Berlin bu addımları Avropada dəyişən təhlükəsizlik vəziyyəti və NATO qarşısındakı müdafiə öhdəlikləri ilə əsaslandırır. Geri dön |