Ana Sayfa > Media / Karusel > Azərbaycan bir milyard dollara təyyarə alıb

Azərbaycan bir milyard dollara təyyarə alıb


10-04-2017, 16:49. Yazar: admin
Azərbaycan bir milyard dollara təyyarə alıb



Aprelin 7-də Silk Way aviaşirkəti yeni Boeing 747-8F model təyyarəni əldə edib. Səfir Sekuta Silk Ways aviaşirkəti və Azərbaycan Hava Yollarının nümayəndələri ilə birgə tədbirdə iştirak edib.

AzVision.az xəbər verir ki, bu təyyarə Silk Way aviaşirkətinin 10-cu Boeing təyyarəsidir.

Məlumata əsasən təyyarənin əldə edilməsi Silk Way aviaşirkəti ilə Boeing Korporasiyası arasındakı Azərbaycanın özəl müəssisələrinin tarixində ən böyük, daha dəqiq desək 1 milyard ABŞ dolları civarında olan layihənin birinci mərhələsinin uğurla başa çatması deməkdir.

Silk Way aviaşirkəti 2005-ci ildən etibarən ABŞ-IN özəl şirkətləri ilə əməkdaşlıq edir.

AİA.az
Geri dön