Ana Sayfa > Dünya > Ukrayna və Rusiya arasında MÜHÜM DƏYİŞ-DÜYÜŞ: Belarus sərhədində mülki şəxslər azad edildi

Ukrayna və Rusiya arasında MÜHÜM DƏYİŞ-DÜYÜŞ: Belarus sərhədində mülki şəxslər azad edildi


Bu gün, 20:22. Yazar: vasif
Ukrayna və Rusiya arasında MÜHÜM DƏYİŞ-DÜYÜŞ: Belarus sərhədində mülki şəxslər azad edildi


Rusiya və Ukrayna Belarusun vasitəçiliyi ilə mülki şəxslərin növbəti mübadiləsini həyata keçirib.

aia.az xəbər verir ki, bu barədə Ukraynanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Dmytro Lubinets və Belarusun "BelTA" dövlət xəbər agentliyi məlumat yayıb.

Razılaşmaya əsasən, Ukrayna tərəfi 15 mülki vətəndaşını, Rusiya isə 3 vətəndaşını geri təhvil alıb. Ukraynaya qayıdan şəxslər arasında ən yaşlı mülki vətəndaşın 96, ən gənc aparılan şəxsin isə 49 yaşı var.

Məlumata görə, mübadilə prosesi Ukrayna-Belarus sərhədində yerləşən "Novaya Quta" sərhəd-keçid məntəqəsində baş tutub. Baş tutan bu humanist addım humanitar dəhlizlərin fəaliyyətinin davam etdiyini göstərir.
Geri dön