Ana Sayfa > Ölkə > Füzulidə ağır qəza - Ölən və yaralananlar var
Füzulidə ağır qəza - Ölən və yaralananlar varBu gün, 16:00. Yazar: vasif |
![]() Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib. “aia.az”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün rayonun Mirzəcamallı kəndində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Babayev Səxavət Niyaz oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarına aşıb. Nəticədə avtomobildə olan Beyləqan rayonunun Baharabad kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində həyatını itirib. Qəza zamanı sürücü S.Babayev, 1977-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Sabir qızı və İsgəndərov Məhəmməd Məmməd oğlu ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Geri dön |