Ana Sayfa > İdman > Kavani "Real"ın təklifini cavablandırdı

Kavani "Real"ın təklifini cavablandırdı


10-04-2017, 16:14. Yazar: admin
Kavani "Real"ın təklifini cavablandırdı



PSJ-nin hücumçusu Edinson Kavaninin karyerasını hansı klubda davam etdirəcəyinə aydınlıq gəlib.

AİA.Az apasport.az-a istinadən xəbər verir ki, uruqvaylı forvardın qərarı Madrid "Real"ını məyus edib.

Belə ki, "kral klubu"nun yayda heyətinə cəlb etməyi planlaşdırdığı Kavani PSJ-də qalacağını bəyan edib. Bu mövsüm Fransa çempionatında 29 oyunda 29 qola imza atan oyunçunun çıxışı klubun sahibi Nasser əl-Xelaifinin ürəyincədi. Məhz onun göstərişindən sonra Kavani ilə danışıq aparılıb və müqavilə müddətinin 2020-ci ilə qədər uzadılması qərara alınıb.

Qeyd edək ki, Edinson Kavani PSJ-yə 2013-cü ildə 55 milyon avro müqabilində "Napoli"dən keçib.

AİA.az
Geri dön