Ana Sayfa > Şou-biznes / Manşet > Gürcü hərbçilər Qafqazda İŞİD ilə qarşıdurmaya hazırlaşırlar
Gürcü hərbçilər Qafqazda İŞİD ilə qarşıdurmaya hazırlaşırlar25-06-2015, 16:36. Yazar: admin |
“Bu, ilk hadisədir”. Qafqaz islamçılarının “İslam dövləti”nə sədaqət andı içmələri və Qafqazda onun filialını yaratmaları təhlükə doğurur. Bu barədə Gürcüstanın baş Qərargahının rəisi Vaxtanq Kapanadze NATO-nun Avropa qüvvələrinin baş komandanının müavini, general Adrian Bredşou ilə birgə mətbuat konfransında bildirib, Oxu.Az Qruziya-onlayn-a istinadən xəbər verir. Onun sözlərinə görə, bu fakt müəyyən dərəcədə yenilik deyil, belə ki, daha öncə bir neçə çeçen və Dağıstan səhra komandiri “İslam dövləti”nə öz itaətlərini bildirmişdilər. “Bu, “İslam dövləti”nin “Qafqaz əmirliyi” barədə bəyanat etdiyi ilk hadisə idi. Şübhəsiz ki, sözügedən təşkilat yalnız Gürcüstan üçün təhlükəli deyil. Bizim işlədiyimiz müvafiq hesablamalar və ssenarilər var. Göstərilən fakt diqqətsiz qalmayacaq və bir daha bizim tərəfdaşlarımız ilə müəyyən yeni əməkdaşlığın labüdlüyünü vurğulayardım”, - Kapanadze bəyan edib. NATO-nun Avropa qüvvələrinin Ali baş komandanının müavini, general Adrian Bredşou bu məsələ üzrə şərh verib. Onun sözlərinə görə, bu, yalnız Qafqaz üçün deyil, eləcə də bütün dünya üçün problem yaradır. “Bu problem Əfqanıstandan gəlir, Mərkəzi Asiyanın və Yaxın Şərqin sərhədlərini aşır və demək olar ki, Afrikanı əhatə edir. Bu təhlükəyə qarşı durmaq baxımından strateji əməkdaşlıq və sabitlik çox mühümdür. Çox vacibdir ki, regional münaqişələr bu məsələdən diqqəti yayındırmasın”, - Berdşou bəyan edib. Geri dön |