Ana Sayfa > Dünya > Azərbaycandan 50 kilometr aralıda heyrətamiz kəşf – 170 milyon illik dinozavr izləri aşkarlandı -FOTO
Azərbaycandan 50 kilometr aralıda heyrətamiz kəşf – 170 milyon illik dinozavr izləri aşkarlandı -FOTOBu gün, 14:11. Yazar: vasif |
![]() Azərbaycan sərhədindən təxminən 50 kilometr aralıda yerləşən Dağıstanın Qaytaq rayonunda 170 milyon il əvvələ aid dinozavr ayaq izləri aşkarlanıb. Daşlaşmış izləri yerli fotoqraf Murad Maqomedov təsadüfən görüb. O, qeyri-adi izlərin fotolarını çəkərək internetdə yayımlayıb. Şəkillər paleontoloq Maksim Fonkinin diqqətini çəkib. Mütəxəssis tapıntının aşkarlandığı əraziyə yollanıb və burada ilkin fotolarda görünəndən xeyli çox ayaq izi müəyyən edib. Alimlərin ilkin qiymətləndirməsinə görə, izlərin yaşı təxminən 170 milyon ildir və onlar Yura dövrünə aiddir. Xüsusi maraq doğuran izlərin yırtıcı dinozavrların dilofosauridlər qrupuna aid ola biləcəyi bildirilir. Ərazidə dinozavrlarla yanaşı, krokodilomorfların da izlərinin ola biləcəyi bildirilir. Mütəxəssislərin sözlərinə görə, təxminən 170 milyon il əvvəl Qafqaz indiki görünüşündən tamamilə fərqlənib. Mezozoy erasında bu ərazi bir neçə adadan ibarət arxipelaq olub və qədim Tetis okeanının hövzəsinə daxil olub. Dinozavrların izlərini buraxdığı ərazi həmin dövrdə qədim okean sahili olub. Tetis okeanı bu gün artıq mövcud deyil. Onun qədim hövzəsinin qalıqları ilə Aralıq, Qara və Xəzər dənizlərinin geoloji tarixi əlaqələndirilir. ![]() Geri dön |