Ana Sayfa > Dünya > ABŞ-la Danimarka arasında Qrenlandiya ilə bağlı mühüm razılaşma: Tramp detalları yazdı
ABŞ-la Danimarka arasında Qrenlandiya ilə bağlı mühüm razılaşma: Tramp detalları yazdıBu gün, 13:00. Yazar: vasif |
![]() ABŞ Danimarka ilə Qrenlandiyanın təhlükəsizliyi üzərində "daimi" nəzarət təmin edən razılaşma əldə edib. aia.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünə məxsus Truth Social hesabında yazıb. Onun sözlərinə görə, ABŞ, Danimarka və Qrenlandiya adada Amerika hərbi mövcudluğunu genişləndirmək və Vaşinqtonun "düşmənləri" üçün girişi məhdudlaşdırmaq barədə razılığa gəliblər. Razılaşmaya görə, ABŞ-ın yazılı razılığı olmadan NATO müttəfiqlərindən kənar ölkələr Qrenlandiyada hərbi bazalar və kontingentlər yerləşdirə və ya orada "həssas investisiyalar" edə bilməyəcəklər. Tramp razılaşmanın müddətsiz olduğunu iddia edir. Xatırladaq ki, Tramp ikinci prezidentlik müddəti başlayan kimi Qrenlandiyanı ABŞ-a birləşdirmək təşəbbüsü irəli sürüb. Bu, ABŞ-ın Avropadakı müttəfiqləri və adanın özündə böyük narazılıqla qarşılanıb. Geri dön |