Ana Sayfa > Dünya > “Artsax məsələsi” İrəvan parlamentinə qayıtdı - yenə status istəyirlər
“Artsax məsələsi” İrəvan parlamentinə qayıtdı - yenə status istəyirlərBu gün, 12:22. Yazar: vasif |
![]() 19 sentyabrdan 3 il sonra İrəvanda separatçılar yenə baş qaldırdılar, tələblər irəli sürdülır İrəvanda Qarabağdan könüllü köçmüş ermənilər yenidən parlamentin qarşısına çıxaraq Paşinyan hakimiyyətindən konkret hüquqi və siyasi təminatlar tələb ediblər. Ermənistan parlementi binası qarşısında keçirilən aksiyada iştirakçılar hökumətin onlara yalnız sosial yardım və müvəqqəti ödənişlər verməsini kifayət saymayaraq, onların statusunun qanunla müəyyənləşdirilməsini, parlament dinləmələrinin keçirilməsini və mülkiyyət məsələlərinin hüquqi müstəviyə çıxarılmasını istəyiblər. Aksiya iştirakçılarının tələbləri bununla da məhdudlaşmayıb. Onlar Ermənistan parlamentində fraksiya rəhbərləri ilə görüş, Qarabağdan köçmüş şəxslərin problemlərinin ayrıca müzakirəsi və gələcəkdə geri qayıtmaq hüququnun qorunması üçün hüquqi mexanizmlərin yaradılmasını tələb ediblər. Aksiyada çıxış edən qondarma “dirçələn Artsax” ictimai təşkilatının rəhbəri Anastasi İsraelyan Ermənistan hakimiyyətini Qarabağdan köçmüş şəxslərin statusunu dəqiq müəyyənləşdirməməkdə ittiham edib. O bildirib ki, onların sadəcə “Dağlıq Qarabağdan köçmüş şəxslər” kimi təqdim edilməsi kifayət deyil və status qanunvericilikdə ayrıca təsbit olunmalıdır. İrəvan parlamentinin qarşısında baş verənlər sıradan sosial aksiya təsiri bağışlamır. Burada üç xətt bir-birinə bağlanır: Qarabağdan köçmüş şəxslərin hüquqi statusu, itirilmiş əmlak məsələsi və gələcəkdə Qarabağa qayıdış iddiası. Bu tələblərin parlament səviyyəsində müzakirəyə çıxarılması isə qondarma “Artsax problemi"nin Ermənistanın daxili siyasi gündəmində yeni formada saxlanılması cəhdidir.İrəvandakı aksiya Ermənistan daxilində bu reallıqla barışmayan siyasi və ictimai dairələrin mövcudluğunu nümayiş etdirir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, separatçılar artıq yalnız sosial problemlərdən danışmır, siyasi status, mülkiyyət və geri qayıdış hüququnu vahid gündəmdə birləşdirirlər. Azərbaycan 2023-cü il sentyabrın 19-20-də Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Tədbirlərin əsas məqsədi Azərbaycan ərazilərində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və ölkənin suverenliyinin bərpası idi. Nəticədə Qarabağdakı separatçı qüvvələr təslim oldu, silahlı birləşmələrin buraxılması və tərksilahı barədə razılaşma əldə edildi. Bununla da Azərbaycan Qarabağ üzərində tam suverenliyini bərpa etdi və bölgədə separatçı rejimin fəaliyyətinə son qoyuldu. İndi əsas diqqət sentyabrın 23-də Ermənistan parlamentində keçiriləcək müzakirəyə yönəlir. Həmin toplantıda Qarabağdan köçmüş ermənilərin statusu, mənzil və sosial problemləri ilə yanaşı, onların siyasi və hüquqi tələblərinin də hansı səviyyədə gündəmə gətiriləcəyi aydınlaşacaq. Bu isə Paşinyan hakimiyyətinin separatçılarıa münasibətinin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyinə dair mühüm siqnal verə bilər. Geri dön |