Ana Sayfa > İqtisadiyyat > Dünya bazarında neft ucuzlaşdı

Dünya bazarında neft ucuzlaşdı


Bu gün, 09:34. Yazar: vasif
Dünya bazarında neft ucuzlaşdı


Dünya birjalarında "Brent" markalı neftin noyabr fyuçersləri 1,6% ucuzlaşaraq bir barel üçün 103,19 dollar təşkil edib.
aia.az xəbər verir ki, ABŞ-ın Qərbi Texas (WTI) neftinin oktyabr fyuçersləri isə 2,3% dəyər itirərək 99,53 dollar/barel olub.

WTI sentyabrın 9-dan bəri ilk dəfə 100 dollardan aşağı qiymətlə ticarət gününü başa vurub.

Həftə ərzində "Brent" nefti 1,5%, WTI isə 0,7% ucuzlaşıb.

Buna səbəb Yaxın Şərqdə təchizatla bağlı narahatlıqların azalması və ABŞ ilə İran arasında diplomatik irəliləyiş gözləntilərinin güclənməsi olub.

WTI 9 sentyabrdan bəri ilk dəfə 100 dolların altında bağlandı. Həftəlik əsasda Brent nefti 1,5% ucuzlaşdı, WTI isə 0,7% itirdi.
Geri dön