Ana Sayfa > Cəmiyyət > Bakının mərkəzində bina yanır - Yenilənib

Bakının mərkəzində bina yanır - Yenilənib


10-04-2017, 15:48. Yazar: admin
Bakının mərkəzində bina yanır -  Yenilənib



Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

AİA.az FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***
(15:05)

Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.

AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, yanğın Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsində yerləşən ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin briqaları və təcili tibbi yardım maşınları cəlb olunub.

AİA.az
Geri dön