Ana Sayfa > İdman > “Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşıBu gün, 09:16. Yazar: vasif |
![]() Misli Premyer Liqasında 6-cı tur davam edir. “aia.az” xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, “Turan Tovuz” isə 8 xalla 5-cidir. Digər matçda isə “Sabah” “İmişli”ni sınağa çəkəcək. Bakı təmsilçisi 12 xalla turnir cədvəlində 3-cü, bölgə klubu isə 4 xalla 8-cidir. Misli Premyer Liqası VI tur 19 sentyabr 17:30. “Turan Tovuz” - “Zirə”. Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı. Tovuz şəhər stadionu. 19:45. “Sabah” - “İmişli”. Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov. “Bank Respublika Arena”. Geri dön |