Ana Sayfa > Manşet / Gündəm > Həbsinə heç kim inanmırdı... -

Həbsinə heç kim inanmırdı... -


Bu gün, 17:47. Yazar: Subhan
Həbsinə heç kim inanmırdı... -


Ağır cinayətlərdə ittiham olunan məşhur iş adamı Adnan Əhmədzadənin həbs edilməsindən 1 il keçir.

aia.az xəbər verir ki, Azərbaycanla yanaşı bir sıra xarici ölkələrdə də tanınan iş adamı artıq 365 gündür dəbdəbəli həyatından uzaqda - DTX-nin istintaq təcridxanasında saxlanılır.

A.Əhmədzadənin həbsi ictimaiyyətdə böyük rezonans doğurdu. Rəsmi açıqlamaya qədər heç kim tam inanmasa da, bir gün sonra Əhmədzadənin iqtisadi təhlükəsizliyə qarşı təxribatda və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunduğu üzə çıxdı.

Onun barəsində ötən ilin bu vaxtı 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan həbsdə saxlanma müddəti dəfələrlə uzadılıb.

Qanunvericiliyə əsasən, bu tip cinayətlərdə təqsirləndirilən şəxslər üçün həbsdə saxlanılmanın ilkin müddəti 13 ay təşkil edir. Lakin irihəcmli işlər üzrə isə bu müddət daha 6 ay uzadıla bilər. Hazırkı məlumata görə, ibtidai istintaq hələ davam edir.

Adnan Əhmədzadənin biznes fəaliyyəti ilə yanaşı, şəxsi həyatı da həmişə diqqət çəkib. Lakin həbsindən sonra onun həyat yoldaşı Gülsəfa Cəfərova ölkəni tərk edib. O həmin vaxtdan sosial şəbəkə hesablarında ərinin həbs həyatı ilə bağlı paylaşım etməyib.

Qeyd edək ki, A.Əhmədzadə əvvəllər SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini işləyib, dünya miqyasında tanınan neft maqnatına çevrilib. Sosial şəbəkə istifadəçiləri isə onu daha çox Ronaldinyo, Messi və Suarez kimi ulduz futbolçularla olan əlaqələrinə görə tanıyır. Bu tanışlıqlar vaxtilə onun adını idman və şou-biznes mühitində də gündəmə gətirmişdi.
Geri dön