Ana Sayfa > Dünya > Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək

Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək


Bu gün, 17:40. Yazar: Subhan
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin növbəti mərhələsi ilə bağlı mühüm qərar verməli olduğunu bildirib.

aia.az xəbər verir ki, Tramp müharibəni başa çatdırmaq məqsədilə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanıb-başlanmayacağı barədə qərar verməli olduğunu deyib.

ABŞ lideri gələn həftə Nyu-Yorkda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Oman rəhbərləri ilə görüşəcəyini bildirib. Tramp bu görüş zamanı region ölkələrinin mövqeyini öyrənmək istədiyini qeyd edib.

O, həmçinin İranın ABŞ-la birbaşa əlaqə saxladığını və razılaşma əldə etmək istədiyini söyləyib.

Tramp gələn həftə BMT Baş Assambleyası çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşə biləcəyini də istisna etməyib.

aia.az
Geri dön