Ana Sayfa > Gündəm / Manşet > İlham Əliyev: “Cocuq Mərcanlının bərpası tarixi hadisədir”

İlham Əliyev: “Cocuq Mərcanlının bərpası tarixi hadisədir”


10-04-2017, 15:05. Yazar: admin
İlham Əliyev: “Cocuq Mərcanlının bərpası tarixi hadisədir”



“Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzindədir”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

Ölkə başçısının sözlərinə görə, Ermənistan danışıqları dayandırmağa çalışır: “Amma buna nail bilməyəcək. Minsk qrupunu həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi gücləndirməlidir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr qeyd-şərtsiz icra olunmalıdır, işağlçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır”.

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qinaq obyektinə çevrilib:

“Azərbaycan günü-gündən güclənir və əmindir ki, gec-tez bu məsələ ədalətli həll olunacaq. Dağlıq Qarabağda “referendum” keçirməklə Ermənistan bir daha özünü biabır etdi. Dərhal qonşu ölkələr Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı Avropa İttifaqı və digər ölkələr bu “referendum”u pislədi, tanımadığını bildirdi. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini göstərmiş oldu. Məsələnin digər uğurlu məqamı Dağlıq Qarabağa qanunsuz səfər etmiş xarici ölkə vətəndaşının Azərbaycana təhvil verilməsidir. Bu, həm bizim qanunları kobudcasına pozan şəxsə, həm də onun kimilərə dərs oldu”.

Dövlət başçısı bildirib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Prezident İlham Əliyev qeyd edib ki, bu gün orda yeni qəsəbələr salınır və ilkin mərhələdə 50 ev tikilib, yeni yolun salınıb, məscid inşa olunur. Dövlət başçısı sonrakı mərhələdə daha 150 evin tikintisinin nəzərdə tutulduğunu söyləyib.

“Bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, öz ərazilərini azad etdikdən sonra bütün şəhər və qəsəbələri yenidən quracağını nümayiş etdirir. Bu, həm də göstərir ki, 20 ildən çoxdur ki, öz doğma yurdlarından didərgin düşmüş insanlar vətənlərinə qayıtmaq arzusu ilə yaşayırlar”.

AİA.az
Geri dön