Ana Sayfa > Ölkə > Bu işlə məşğul olan vətəndaşların nəzərinə
Bu işlə məşğul olan vətəndaşların nəzərinəBu gün, 14:50. Yazar: azer |
![]() Azərbaycanda diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanların kəsiminin təşviqi məqsədilə məhsul subsidiyası veriləcək. aia.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumata görə, intensiv kökəltmə təsərrüfatlarının inkişafı və heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kiloqram diri çəki üçün 0,40 manat məhsul subsidiyası tətbiq ediləcək. Subsidiyanın verilməsi üçün heyvanın EKTİS-də bəyan edilməsi, ölkədə doğulması və ya ən azı 6 ay ölkə daxilində kökəldilməsi, identifikasiya və sığortasının olması, həmçinin qeydiyyatda olan kəsimxanada kəsilməsi tələb olunur. Bundan başqa, dəri və yun xammalının emala cəlb edilməsinin təşviqi məqsədilə emal müəssisələrinə təhvil verilən məhsullara da subsidiya ayrılacaq. Belə ki, iribuynuzlu heyvan dərisinin hər ədədinə 3 manat, xırdabuynuzlu heyvan dərisinin hər ədədinə 0,30 manat, yunun hər kiloqramına isə 0,30 manat məhsul subsidiyası veriləcək. Geri dön |