Ana Sayfa > Siyasət / Manşet > "Süni qiymət artımına yol verilməməlidir" - Ölkə başçısı

"Süni qiymət artımına yol verilməməlidir" - Ölkə başçısı


10-04-2017, 15:02. Yazar: admin
"Süni qiymət artımına yol verilməməlidir" - Ölkə başçısı



2017-ci ilin ilk üç ayı ərzində qeyri-neft sektoru 2,4 faiz artıb, qeyri-neft sənayesində 2 faiz artım olub.

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Ölkə başçısının sözlərinə görə, kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb:

“Bu ilin birinci rübündə valyuta ehtiyatlarımız 1 milyard dollar artıb. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, önəmli bir məsələdir. Bu ilin ilk 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız 10 faiz artıb. İdxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. Bu göstəricilər iqtisadi inkişafımızı aydın əks etdirir. Gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyik”.

Makroiqtisadi sabitliyin möhkəmləndirilməsini önəmli məsələlərdən biri adlandıran Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə süni qiymət artımına yol verilməməlidir.

"Azərbaycanın valyta ehtiyatları xarici borcundan 5 dəfə çoxdur" deyən ölkə başçısı dövlət büdcəsinin icrasının uğurla getdiyini, builki investisiya proqramının tam şəkildə icra edilməsinin vacibliyini, ölkə üçün ən lazımlı olan layihələrə vəsaitin ayrıldığını, maliyyə vəziyyətimizin yaxşı olduğunu bildirib. Dövlət başçısı Azərbaycanın valyta ehtiyatlarının xarici borcdan 5 dəfədən çox olduğunu söyləyib və bunu yaxşı nəticə adlandırıb: “Bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılması tək dövlət deyil, özəl sektorda da davam edir. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb. Bu, iqtisadi inkişafın təzahürüdür”.

Prezident diqqətə çatdırıb ki, bu il inşaaat sektorunda canlanma müşahidə edilir. Bu isə ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir: “Bakıda 300-dən çox hündür mərtəbəli bina tikilir və minlərlə yeni iş yerləri yaradılır”.

AİA.az
Geri dön