Ana Sayfa > Özəl > “Gucci” Rusiyada “yuxu rejimi”nə keçdi: Satış yoxdur, cəmi 9 işçi qalıb
“Gucci” Rusiyada “yuxu rejimi”nə keçdi: Satış yoxdur, cəmi 9 işçi qalıbBu gün, 22:31. Yazar: vasif |
![]() Dünyanın məşhur lüks brendlərindən “Gucci”nin Rusiyadakı biznesində yeni rəhbər təyin olunub. “Gucci Rus”un baş direktoru vəzifəsinə indiyədək şirkətin baş mühasibi olmuş Yuliya Juravleva gətirilib. Rəhbər dəyişikliyinin əsasən texniki xarakter daşıdığı bildirilir. “Gucci” butikləri 2022-ci ilin martından Rusiyada fəaliyyət göstərmir və yerli şirkət uzun müddətdir satışdan gəlir əldə etmir. Maliyyə hesabatlarına görə, “Gucci Rus” 2022-ci ildə 1,5 milyard, 2023-cü ildə 1,7 milyard, 2024-cü ildə 385 milyon, 2025-ci ildə isə 350 milyon rubl zərərlə üzləşib. Hazırda şirkətdə cəmi 9 nəfərin çalışdığı bildirilir. Mövcud şəraitdə satış fəaliyyətinin bərpasının mümkün olmadığı göstərildiyindən şirkət xərcləri minimuma endirərək faktiki olaraq “yuxu rejimi”ndə fəaliyyət göstərir. Bununla belə, “Gucci Rus”un ləğvi planlaşdırılmır. Bu isə brendin Rusiyada kommersiya fəaliyyətini dayandırmasına baxmayaraq, hüquqi mövcudluğunu hələ də qoruduğunu göstərir. Geri dön |