Ana Sayfa > Özəl > Türkiyədən yeni regional təhlükəsizlik planı: Azərbaycan da ayrıca mexanizmdə yer alacaq
Türkiyədən yeni regional təhlükəsizlik planı: Azərbaycan da ayrıca mexanizmdə yer alacaqBu gün, 21:00. Yazar: vasif |
![]() Türkiyə terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədilə qonşu ölkələrlə yeni əməkdaşlıq mexanizmlərinin yaradılması üzərində işləyir. Bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlama verib. Nazir SDF-nin Suriyada ləğvi prosesinə qarşı çıxan bəzi silahlı şəxslərin İraq və ya İrana keçə biləcəyini iddia edib. Onun fikrincə, belə bir ssenari region ölkələri üçün yeni təhlükəsizlik riskləri yarada bilər. Çiftçi məsələni iranlı həmkarı ilə də müzakirə etdiyini və Tehran tərəfinin terrorizmlə regional mübarizəyə müsbət yanaşdığını bildirib. Bu çərçivədə Ankara Türkiyə, Suriya, İraq və İranın iştirakı ilə dördtərəfli təhlükəsizlik formatının yaradılması ideyasını nəzərdən keçirir. Məqsəd terror təhlükəsinə qarşı regional koordinasiyanı gücləndirməkdir. Türkiyə rəsmisi Ankaranın oxşar mexanizmlər üzrə təcrübəsinin olduğunu xatırladıb. Qanunsuz miqrasiya ilə mübarizə üçün Türkiyə, Yunanıstan və Bolqarıstan arasında üçtərəfli əməkdaşlıq buna nümunə göstərilib. Çiftçi daha bir mühüm təşəbbüsü də açıqlayıb. Onun sözlərinə görə, Türkiyə, Azərbaycan və Gürcüstan arasında “yeni nəsil” mütəşəkkil cinayətkar qruplarla mübarizə məqsədilə ayrıca üçtərəfli mexanizm hazırlanır. Ankara terrorizmlə mübarizə sahəsində də oxşar regional əməkdaşlıq modelindən istifadə etməyi planlaşdırır. Geri dön |