Ana Sayfa > Özəl > Avropada uşaqlar üçün sosial şəbəkə qaydaları sərtləşə bilər: 13 yaşa qədər qadağa təklif olunur

Avropada uşaqlar üçün sosial şəbəkə qaydaları sərtləşə bilər: 13 yaşa qədər qadağa təklif olunur


Bu gün, 19:17. Yazar: vasif
Avropada uşaqlar üçün sosial şəbəkə qaydaları sərtləşə bilər: 13 yaşa qədər qadağa təklif olunur




Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen uşaqların internet və sosial şəbəkələrdən istifadəsinin daha sərt qaydalarla tənzimlənməsini nəzərdə tutan yeni təklif irəli sürüb. “Kids Act” adlandırılan təşəbbüs müxtəlif yaş qrupları üçün fərqli məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.

Təklifə əsasən, 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə icazə verilməməsi, 13-15 yaş arasında isə yalnız valideyn və ya qəyyum tərəfindən yaradılıb idarə edilən məhdud funksiyalı hesabların mümkün olması nəzərdə tutulur. Belə hesablar üçün gündəlik istifadənin maksimum bir saatla məhdudlaşdırılması təklif edilir.

15-18 yaşlı yeniyetmələr üçün tam qadağa deyil, platformaların daha təhlükəsiz dizayn prinsiplərinə əməl etməsi nəzərdə tutulur. Məqsəd azyaşlıların zərərli məzmun və digər onlayn risklərdən müdafiəsinin gücləndirilməsidir.

Yeni tələblərin yalnız sosial şəbəkələrlə məhdudlaşmaması, 18 yaşdan aşağı istifadəçilərə xidmət göstərən onlayn oyunlara, video platformalara və süni intellekt çat-botlarına da şamil edilməsi təklif olunur.

Qeyd edək ki, söhbət hazırda qüvvəyə minmiş ümumi qadağadan deyil, Avropa Komissiyası səviyyəsində irəli sürülən yeni qaydalar təklifindən gedir.
Geri dön