Ana Sayfa > Özəl > 76 yaşında sərvəti 118 milyard dollara çatdı: ABŞ-nin ən varlı qadını yenə odur
76 yaşında sərvəti 118 milyard dollara çatdı: ABŞ-nin ən varlı qadını yenə odurBu gün, 18:12. Yazar: vasif |
![]() “Walmart”ın qurucusu Sem Uoltonun yeganə qızı Elis Uolton 118 milyard dollarlıq sərvəti ilə ABŞ-nin ən varlı qadını statusunu qoruyub. 76 yaşlı milyarder ardıcıl dördüncü dəfə “Forbes 400” siyahısında qadınlar arasında birinci yerdə qərarlaşıb. Uoltonun sərvəti son bir ildə təxminən 12 milyard dollar artıb. Bunun əsas səbəblərindən biri “Walmart” səhmlərinin təxminən 10 faiz bahalaşmasıdır. Şirkətin elektron ticarət, üzvlük və sürətli çatdırılma xidmətlərinin genişlənməsi də bazar göstəricilərinə müsbət təsir edib. Elis Uolton ABŞ-nin ən varlı şəxslərinin ümumi siyahısında 13-cü yerdə göstərilir. Onun qardaşları Rob və Cim Uoltonun sərvətləri isə müvafiq olaraq 132 və 128 milyard dollar qiymətləndirilir. Uolton ailəsinin üzvləri və onlarla əlaqəli xeyriyyə fondları birlikdə “Walmart”ın təxminən 44 faizinə sahibdir. Bu pay dünyanın ən böyük ailə sərvətlərindən birinin əsasını təşkil edir. Elis Uoltonun sərvətinin cəmi bir ildə 12 milyard dollar artması onun ABŞ-nin ən varlı qadını mövqeyini daha da möhkəmləndirib. Geri dön |