Ana Sayfa > Gündəm / Siyasət > Azərbaycanda “Birliyin Gücü-2026” təlimi keçiriləcək - Fotolar
Azərbaycanda “Birliyin Gücü-2026” təlimi keçiriləcək - FotolarDünən, 23:18. Yazar: vasif |
![]() Türkiyə Silahlı Qüvvələrinin 14-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığı tərəfindən keçirilən “Birliyin Gücü-2026” birgə taktik təliminin hazırlıq mərhələsi uğurla başa çatıb. “aia.az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “X” sosial şəbəkə hesabında məlumat yayıb. Bəyanatda bildirilir ki, təlim çərçivəsində Türkiyə ordusunun hərbi birləşmələri 15 sentyabr 2026-cı il tarixindən etibarən Qars qarnizonundan hərəkətə keçərək Azərbaycandakı “Qızılqaya” və “Qarabağlar” təlim poliqonlarına yola düşməyə başlayıblar.
Geri dön |