Ana Sayfa > Özəl > Paşinyandan Moskva və KTMT ilə bağlı sərt mesaj: “Bizi çıxarsalar, etiraz etməyəcəyik”
Paşinyandan Moskva və KTMT ilə bağlı sərt mesaj: “Bizi çıxarsalar, etiraz etməyəcəyik”Bu gün, 22:00. Yazar: vasif |
![]() Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılması ehtimalına münasibət bildirib. O, belə bir qərar veriləcəyi təqdirdə İrəvanın buna etiraz etməyəcəyini söyləyib. Paşinyan KTMT-dən çıxarılmaq ehtimalının Ermənistan üçün təzyiq vasitəsinə çevrilməsinə ehtiyac olmadığını vurğulayıb. Baş nazir Moskvanın İrəvandan mümkün hadisələr barədə əvvəlcədən narahatlıq nümayiş etdirməsini gözlədiyini bildirərək bunu erməni folklorundakı “Kikosun ölümü” hekayəsi ilə müqayisə edib. Ermənistan hökumətinin rəhbəri ölkədəki Rusiya hərbi bazasının gələcəyinə də toxunub. Onun sözlərinə görə, İrəvan bazanın çıxarılması məsələsini özü gündəmə gətirməyib və bu mövzu Rusiya tərəfindən qaldırılıb. Paşinyan bildirib ki, Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyi baxımından “həyati dərəcədə vacib” əhəmiyyət daşımır. Bununla yanaşı, o qeyd edib ki, Moskva bazanı Ermənistanda saxlamaq istəyərsə, İrəvan onun fəaliyyət şərtlərini müzakirə etməyə hazırdır. Baş nazirin açıqlamaları Ermənistanın KTMT və ölkədəki Rusiya hərbi mövcudluğu ilə bağlı mövqeyini daha açıq şəkildə ifadə etməsi kimi diqqət çəkir. Geri dön |