Ana Sayfa > Özəl > Rusiya və Ukrayna arasında növbəti mübadilə: 275 hərbçinin meyiti təhvil verildi

Rusiya və Ukrayna arasında növbəti mübadilə: 275 hərbçinin meyiti təhvil verildi


Bu gün, 21:30. Yazar: vasif
Rusiya və Ukrayna arasında növbəti mübadilə: 275 hərbçinin meyiti təhvil verildi



Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini həyata keçirib.
Rusiya tərəfinin açıqlamasına görə, Moskva 252, Kiyev isə 23 hərbçinin meyitini qarşı tərəfə təhvil verib. Beləliklə, son mübadilə ümumilikdə 275 nəfəri əhatə edib.
Mübadilənin Belarus-Ukrayna sərhədində yerləşən “Novaya Quta” sərhəd-keçid məntəqəsində həyata keçirildiyi bildirilib.
Məlumatı Rusiya parlamentində müharibə ilə bağlı əlaqələndirmə qrupunun üzvü Şamsail Saraliyev açıqlayıb.
Geri dön