Ana Sayfa > Özəl > Karni Trampın hədələrinə cavab verdi: “Kanadaya heç kim diktə edə bilməz”

Karni Trampın hədələrinə cavab verdi: “Kanadaya heç kim diktə edə bilməz”


Bu gün, 19:25. Yazar: vasif
Karni Trampın hədələrinə cavab verdi: “Kanadaya heç kim diktə edə bilməz”



Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına cavab verərək Ottavanın xarici siyasətini təzyiq altında müəyyənləşdirməyəcəyini bildirib. O, Kanadanın Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməsini ölkəsi üçün müsbət proses adlandırıb.
Karni vurğulayıb ki, daha güclü və dayanıqlı Kanada ABŞ üçün də daha səmərəli tərəfdaş ola bilər. Baş nazir ölkəsinin hansı dövlət və birliklərlə əməkdaşlıq edəcəyinə müstəqil qərar verəcəyini xüsusi qeyd edib.
“Kanadalılar həmrəydirlər ki, onlara hansı dildə danışmalı olduqlarını, mədəniyyətlərini və ya kiminlə saziş bağlayacaqlarını heç kim diktə edə bilməz”, – Karni bildirib.
Bundan əvvəl Tramp Kanadanın Avropa İttifaqı ilə daha sıx inteqrasiyasına qarşı çıxaraq bunun baş verəcəyi təqdirdə Aİ-yə qarşı yüksək gömrük rüsumlarının və bəzi ticarət məhdudiyyətlərinin gündəmə gələ biləcəyini söyləmişdi.
Qarşılıqlı sərt açıqlamalar ABŞ-Kanada münasibətlərində ticarət və Ottavanın Avropa ilə yaxınlaşması ətrafında gərginliyin artdığını göstərir.
Geri dön