Ana Sayfa > Manşet / Gündəm > Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb?
Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb?Bu gün, 18:00. Yazar: Subhan |
![]() AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərova bu il iyunun 30-da Nyu-Yorkda 7,5 milyon dollara əmlak alıb. aia.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, söhbət Manhettenin Çelsi rayonundakı 543 Vest 25th Street ünvanında yerləşən iki kommersiya tipli obyektdən gedir. “Cahangir Əsgərovun qızı əmlakı sahibi olduğu “MRCRI Prop” LLC adlı şirkəti vasitəsilə alıb. Satıcı isə Duqlas Kent Uollanın sahibi olduğu “Marlborough Gallery” ilə əlaqəli “Marlborough Real Estate” LLC olub. Əmlakın ümumi sahəsi 434.6 kvadrat metrdir. Əmlak biznes istifadəsi, böyük ehtimalla “Gazelli Art House” üçün alınıb. Duqlas Uollanın Nyu-York incəsənət bazarında uzun tarixçəsi olan qalereya rəhbəri və kurator olduğu bildirilir”, – jurnalist əlavə edib. aia.az Geri dön |