Ana Sayfa > Ölkə > Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib

Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib


Bu gün, 17:39. Yazar: Subhan
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib

Beyləqan rayonunda fəaliyyət göstərən Xocavənd təcili tibbi yardım bölməsi artıq Xocavənd rayonunda xidmət göstərməyə başlayıb.

Bu barədə aia.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bölmə 24/7 rejimində fəaliyyət göstərir. Xidmətin operativliyinin təmin edilməsi məqsədilə bölmə 3 təcili tibbi yardım avtomobili ilə təchiz olunub. Bölmədə tibb və qeyri-tibb işçisi olmaqla 22 nəfər əməkdaş çalışır.

TƏBİB tərəfindən həyata keçirilən bu tədbirlər təcili tibbi yardım xidmətlərinin əlçatanlığının və operativliyinin artırılması, tibbi xidmətlərin vətəndaşlara daha çevik və səmərəli şəkildə göstərilməsi, eləcə də xidmət keyfiyyətinin davamlı olaraq yüksəldilməsi məqsədinə xidmət edir.

aia.az
Geri dön