Ana Sayfa > Siyasət > Erməni revanşistlərin quyruq acısının pərdə arxası detalları
Erməni revanşistlərin quyruq acısının pərdə arxası detallarıBu gün, 15:33. Yazar: azer |
![]() Bu günlərdə diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri erməni revanşist qüvvələri arasında ciddi narahatlıq doğuraraq, sülh prosesinin gedişatına maneə törədə biləcək reaksiyaların səsləndirilməsinə səbəb olub. Lakin qarşı tərəf artıq regionda yeni siyasi reallıqlarla barışmalı və siyasi dialoqun gücləndirilməsində səylərini artırmalıdır. Bu yeni çağın, eyni zamanda, masada və meydanda çaldığımız şanlı zəfərlərin əlahəzrət tələbidir. Qarşı tərəfin xarici diplomatik korpus mənsublarına yönəlik ziddiyyətli açıqlamaları birmənalı qarşılana bilməz. Çünki 44 günlük Vətən müharibəmizdə şanlı Zəfərimizdən sonra biz öz torpaqlarımıza geri qayıtdıq və tarixi ədalət bərpa olundu. Bu açıqlamalar isə heç bir məntiqə sığmır və ölkəmizin daxili işlərinə qarışmaq kimi səslənir. Artıq Cənubi Qafqaz yeni siyasi mərhələyə qədəm qoyub və bunun əsasında birgə əməkdaşlıq və sülh dayanıb. Öz növbəsində Ermənistan tərəfi də bu mərhələyə uyğunlaşmalı və regiondakı reallıqlarla barışmalıdır. Bizim isə mövqeyimiz hər zaman birmənalı olub. Beynəlxalq arenalarda daim sülh prosesini dəstəklədiyimizi bildirsək də, qarşı tərəfin bu kimi açıqlamaları danışıqlar masasına oturmaqdan imtina etmələri kimi qiymətləndirilir. Diplomatik korpusun nümayəndələrinin azad edilmiş ərazilərə səfəri, onların dağıdılmış abidələrlə, eyni zamanda, tarixin saxtalaşdırılması istiqamətində mövcud olan bəzi nümunələrlə tanış olmaları erməniləri narahat edir. Çünki dünya işğal dövrünün acı reallığını görür. Diplomatik korpus onun da fərqinə varır ki, Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb. Bu da revanşist erməni xislətinə sarsıdıcı zərbədir. Uzun illər torpaqlarımız ermənilər tərəfindən işğal altında saxlanılıb və həmin ərazilərdə vandalizm aktları həyata keçirilib. Maddi-mədəni, dini abidələrimiz dağıdılıb, tarixin saxtalaşdırılmasına cəhdlər göstərilib. Həmin dövr artıq arxada qalıb. Dünya ictimaiyyəti də artıq işğal səhifəsinin qapandığı açıq şəkildə görür və ifadə edir. Bu da erməni revanşistlərin quyruq acısına və sərsəm narahatlığına səbəb olur. Elçin Quliyev YAP Nərimanov Rayon Təşkilatının sədri Geri dön |