Ana Sayfa > Qərbi Azərbaycan > "Xəstəxanaya çatanda artıq ölmüşdü" - Səhiyyə Nazirliyi
"Xəstəxanaya çatanda artıq ölmüşdü" - Səhiyyə Nazirliyi10-04-2017, 11:13. Yazar: admin |
Bakıda bronxial asmadan əziyyət çəkən uşaq ölüb. 2007-cü il təvəllüdlü Əyyubzadə Səccad Mircəfər oğlu Respublika Uşaq Klinik Xəstəxanasında dünyasını dəyişib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, uşaq xəstəxanaya daxil olarkən artıq dünyasını dəyişmişdi. "Məsələ ilə əlaqədar prokurorluqda iş açılıb. Yaxınlarının iddia etdiyi kimi onun ölümündə həkim səhlənkarlığının olub-olmaması araşdırılır”. Qeyd edək ki, S. Əyyubzadə 313 saylı orta məktəbin 4 sinfində oxuyurmuş.(azvision) AİA.az Geri dön |