Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır -

Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır -


Bu gün, 11:37. Yazar: Subhan
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır -

Azərbaycanda 2026-cı ilin ilk yeddi ayında nikahların sayı nəzərəçarpacaq dərəcədə azalıb.

aia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-avqust aylarının sosial-iqtisadi göstəricilərinə dair hesabatında məlumat verilib.

Hesabata əsasən, cari ilin yanvar-iyul aylarında ölkədə 22 130 nikah qeydə alınıb. Ötən ilin eyni dövründə bu göstərici 27 509 olub.

Beləliklə, nikahların sayı bir il ərzində 5 379 və ya təxminən 19,6 faiz azalıb.

Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da 4,6-dan 3,7-yə enib.

Eyni dövrdə ölkədə 11 678 boşanma qeydə alınıb. 2025-ci ilin yanvar-iyul aylarında bu göstərici 12 146 olub. Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı isə dəyişməyərək 2,0 səviyyəsində qalıb.

aia.az
Geri dön