Ana Sayfa > Parlament > Azərbaycanla Qırğızıstan arasında bu daşımalar icazəsiz olacaq
Azərbaycanla Qırğızıstan arasında bu daşımalar icazəsiz olacaqBu gün, 11:18. Yazar: Subhan |
![]() Azərbaycan və Qırğızıstan arasında avtomobil daşımaları inkişaf etdirilir. aia.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sazişə uyğun olaraq, hər iki dövlət ərazisində qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə beynəlxalq avtomobil əlaqələri üçün açıq yollarla onların ərazisində və ya tranzitlə yüklərin və sərnişinlərin müntəzəm və qeyri-müntəzəm avtomobil daşımaları həyata keçirilir. Razılaşmaya əsasən, sərnişinlərin avtobuslarla müntəzəm daşınması tərəflərin səlahiyyətli orqanları arasında əvvəlcədən razılaşdırılmaqla təşkil olunur və bununla bağlı təkliflər digər tərəfə əvvəlcədən verilir. Bu təkliflər daşıyıcının adı, marşrutu, hərəkət cədvəli, tarifi, dayanacaq nöqtələri, planlaşdırılan dövr və müntəzəmlik barədə məlumatları ehtiva etməlidir. Avtobuslarla qeyri-müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi üçün isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən icazələr tələb olunur. Tərəflər arasında, onların ərazisindən tranzitlə, həmçinin üçüncü dövlətlərə yüklərin daşınması prosesi tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən icazələr əsasında qeydiyyatdan keçmiş yük avtonəqliyyat vasitələri ilə həyata keçirilir. Təhlükəli, ağırçəkili və iriqabaritli yüklərin daşınması üçün xüsusi icazə tələb olunur. Bəzi yük daşımaları üçün isə icazə tələb edilmir (poçt göndərişləri, ölülərin cəsədləri və külləri, teatr dekorasiyaları və s.). Razılaşmaya əsasən, ağır xəstələrin daşınması, avtobuslarla sərnişinlərin müntəzəm daşınması, heyvanların və tez xarab olan yüklərin daşınması zamanı sərhəd, gömrük, baytarlıq, fitosanitar və sanitar nəzarəti prioritet qaydada həyata keçiriləcək. aia.az Geri dön |