Ana Sayfa > Özəl > Tramp Kanadaya qarşı yeni cəbhə açdı: Dövlət satınalmalarından çıxarılır

Tramp Kanadaya qarşı yeni cəbhə açdı: Dövlət satınalmalarından çıxarılır


Bu gün, 21:00. Yazar: vasif
Tramp Kanadaya qarşı yeni cəbhə açdı: Dövlət satınalmalarından çıxarılır




ABŞ Prezidenti Donald Tramp Kanada mənşəli məhsulların ölkənin dövlət satınalma sistemindən mərhələli şəkildə çıxarılması istiqamətində yeni göstəriş verib. Qərar Vaşinqtonla Ottawa arasında davam edən ticarət gərginliyinin daha bir mərhələsi kimi qiymətləndirilir.

Tramp Kanada hakimiyyətini Amerika şirkətlərinə qarşı yeni və əsassız ticarət maneələri yaratmaqda ittiham edib. Onun sözlərinə görə, Kanada şirkətləri eyni zamanda ABŞ-ın dövlət satınalmalarında əlverişli imkanlardan istifadə etməyə davam edirlər.

ABŞ Prezidenti Ağ Evin İdarəetmə və Büdcə Ofisinə federal satınalmalarda istifadə edilən Kanada mənşəli məhsulların müəyyənləşdirilməsi barədə göstəriş verib. Eyni zamanda həmin məhsulları əvəz edə biləcək ABŞ istehsalı alternativlərin siyahısının hazırlanması tapşırılıb.

Tramp administrasiyası bundan əvvəl də federal qurumlara illik satınalma planlarında təxminən 50 milyard dollar dəyərində Kanada məhsulunun çıxarılması istiqamətində addımlar atmağı tapşırmışdı.

Yeni qərar Kanada məhsullarının ABŞ bazarında ümumi satışına qadağa demək deyil. Söhbət ilk növbədə federal dövlət satınalmalarında Kanada mənşəli malların istifadəsinin məhdudlaşdırılması və onların Amerika istehsalı məhsullarla əvəzlənməsindən gedir.
Geri dön