Ana Sayfa > Özəl > Dəniz səviyyəsi yüksəlir: Bu 37 şəhər gələcəkdə ciddi təhlükə ilə üzləşə bilər

Dəniz səviyyəsi yüksəlir: Bu 37 şəhər gələcəkdə ciddi təhlükə ilə üzləşə bilər


Bu gün, 20:00. Yazar: vasif
Dəniz səviyyəsi yüksəlir: Bu 37 şəhər gələcəkdə ciddi təhlükə ilə üzləşə bilər




Qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi dünyanın böyük sahil şəhərləri üçün getdikcə ciddi problemə çevrilir. “Swiftest”in həmtəsisçisi Metyu H. Neşin hazırladığı araşdırmada növbəti 100 il ərzində daşqın və sahil sularının yüksəlməsindən ciddi təsirlənə biləcək 37 şəhər müəyyənləşdirilib.

Siyahıda Tokio, Mumbay, Nyu-York, Osaka, İstanbul və İzmir ilk sıralarda yer alır. Banqkok, Cakarta, London, Mayami, Amsterdam, Venesiya və Dubay kimi məşhur şəhərlər də risk altında göstərilir.

Araşdırmada adı çəkilən 37 şəhər bunlardır: Tokio, Mumbay, Nyu-York, Osaka, İstanbul, İzmir, Kəlküttə, Banqkok, Cakarta, London, Dəkkə, Ho Şi Min, San-Fransisko, Mayami, İsgəndəriyyə, Sidney, Boston, Lissabon, Dubay, Vankuver, Əbu-Dabi, Kopenhagen, Yeni Orlean, Dublin, Honolulu, Amsterdam, Kankun, Venesiya, Çarlston, Makao, Male, Lonq-Biç, Savanna, Nassau, Punta-Kana, Key Vest və Kokbern Taun.

Hesabatda bəzi şəhərlərin artıq sahil mühafizəsi və daşqınlara qarşı infrastruktur layihələri həyata keçirdiyi, digərlərində isə mövcud tədbirlərin gələcək risklər qarşısında yetərli olmaya biləcəyi qeyd edilir.

Bununla belə, siyahını həmin şəhərlərin 100 ildən sonra mütləq “yox olacağı” kimi qəbul etmək doğru deyil. Söhbət dəniz səviyyəsinin yüksəlməsi və daşqınlar nəticəsində ciddi təhlükələrlə üzləşə biləcək şəhərlərdən gedir. Gələcək riskin miqyası iqlim dəyişikliklərinin sürətindən və görüləcək müdafiə tədbirlərindən asılı olacaq.
Geri dön