Ana Sayfa > Gündəm > Novruz Aslanovun iki illik deputatlıq fəaliyyəti ilə bağlı hesabatı
Novruz Aslanovun iki illik deputatlıq fəaliyyəti ilə bağlı hesabatıBu gün, 09:38. Yazar: azer |
![]() VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 89 saylı İsmayıllı Seçki Dairəsindən seçilmiş deputatı Novruzəli Davud oğlu Aslanov 2024–2026-cı illəri əhatə edən iki illik fəaliyyət hesabatını təqdim edib. Hesabatda deputatın Milli Məclisdə qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə birbaşa təmasları, vətəndaş müraciətlərinin araşdırılması, aidiyyəti dövlət qurumlarına göndərilən sorğu və məktublar, sosial-humanitar fəaliyyət və İsmayıllı rayonunun müxtəlif kəndlərində keçirilən görüşlərin nəticələri əks olunub. İki ilin yekun rəqəmləri: 2024–2026-cı illəri əhatə edən fəaliyyət dövrünün hesabatında əsas göstəricilər aşağıdakı kimi ümumiləşdirilir: 1026 – müraciət və məsələ 837 – həll olunmuş məsələ 105 – icraatda olan məsələ 84 – həlli mümkün olmayan məsələ 109 – göndərilmiş rəsmi sorğu və məktub 68 – daxil olan cavab məktubu 59 – kəndlərdə keçirilmiş səyyar görüş 32 – deputat ofisində qəbul 18 – onlayn qəbul 7896 – görüşlərdə və kütləvi tədbirlərdə iştirak edən vətəndaş 1048 – ərzaq yardımı göstərilib 1112 – qeyri-ərzaq yardımı göstərilib 308 – maddi yardım göstərilib 5 – əlil arabası ilə təmin olunan vətəndaş 12620 manat – maddi yardımların ümumi məbləği. 7 – çadır və zəruri ləvazimatlarla təmin olunmuş ailə Geri dön |