Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarova Pan- Afrika Parlamentinin Prezidenti ilə görüşüb

Sahibə Qafarova Pan- Afrika Parlamentinin Prezidenti ilə görüşüb


Bu gün, 17:18. Yazar: azer
Sahibə Qafarova Pan- Afrika Parlamentinin Prezidenti ilə görüşüb

Sentyabrın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Pan- Afrika Parlamentinin Prezidenti Fatih Boutbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cari ilin iyul ayında Cənubi Afrika Respublikasında Pan-Afrika Parlamentinin Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransı çərçivəsində qonaqla keçirdiyi görüşü məmnuniyyətlə xatırlayan Milli Məclisin sədri həmin tədbirin yüksək səviyyədə təşkilinə və oraya dəvətə görə təşəkkürünü bildirib.
Qeyd olunub ki, Pan-Afrika Parlamenti Afrika qitəsində parlamentlərarası dialoqun təşviqində, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində və ümumi inkişaf məqsədlərinin irəli aparılmasında mühüm rol oynayır.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Milli Məclisi Afrika ölkələrinin parlamentləri ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Bu baxımdan, parlament diplomatiyasının inkişafı, parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi, siyasi dialoqun möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Görüşdə Milli Məclisin sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (GHGT) fəaliyyəti, Azərbaycanın QHPŞ-yə sədrliyi dövründə görülmüş işlər, ölkəmizin irəli sürdüyü təşəbbüslər barədə məlumat verib. Spiker bundan sonra Pan-Afrika Parlamentinin Afrika dövlətlərinin parlamentləri ilə əlaqələrimizin inkişaf etdirilməsi üçün daha bir uğurlu platforma olacağına əminliyini ifadə edib.
Qonağın Pan-Afrika Parlamentini təmsil etməklə yanaşı, eyni zamanda Əlcəzair parlamentinin üzvü olduğunu bildirən spiker Sahibə Qafarova, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif səviyyələrdə məmnunluq hissi doğurduğunu qeyd edib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq bu vəzifəyə seçiləndən sonra Afrika hüdudlarından kənarda səfər etdiyi ilk ölkənin Azərbaycan olduğunu vurğulayıb. Parlament diplomatiyasının artan rolundan danışan qonaq, rəhbərlik etdiyi təşkilatın ölkələrin parlamentləri, həmçinin beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Bu səfərin əməkdaşlıq üçün irəliyə atılmış mühüm bir addım olduğunu deyən Fatih Boutbiq, Pan-Afrika Parlamenti ilə QHPŞ arasında bu gün imzalanacaq Memorandumun iki parlament təsisatı arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə və gələcək fəaliyyət üçün möhkəm zəmin yaradılmasına xidmət edəcəyini deyib.

Söhbət zamanı Pan-Afrika Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi, habelə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Pan-Afrika Parlamenti ilə QHPŞ arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin və QHPŞ-nin sədri Sahibə Qafarova və Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq imzalayıblar. Spiker Sahibə Qafarova bu sənədin iki parlament platforması arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm addım olduğunu diqqətə çatdırıb.
Geri dön