Ana Sayfa > Siyasət > "Əli Kərimlinin mühacir alveri araşdırılır" - Siyavuş Novruzov
"Əli Kərimlinin mühacir alveri araşdırılır" - Siyavuş Novruzov8-04-2017, 18:13. Yazar: admin |
"Milli Şura deyilən qurumun bu gün keçirdiyi mitinq məqsədi, məramı bilinməyən bir yığıncaq idi. Görünən odur ki, bunların istəyi o idi ki, kim olur-olsun – islamçı ya Avropa İttifaqının bayrağını daşıyan, əsas ora adam toplaşsın. 300-500 adam toplayıb mitinq keçirməyə cəhd göstərdilər”. Bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Siyavuş Novruzov Demokratik Qüvvələrin Milli Şurasının keçmiş "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqinə münasibət bildirərkən deyib. S. Novruzov qeyd edib ki, mitinqdə əvvəlki köhnəlmiş fikirlər, məzmunsuz çıxışlar, aspekti olmayan iddialar səsləndirilib: "Korrupsiyaya qurşanmış AXCP sədri Əli Kərimli çıxıb orada korrupsiyadan danışır. Bilirik ki, Əli Kərimli partiyasına üzv olmayanlara pul müqabilində saxta üzvlük sənədi verərək Avropaya mühacirət etməsinə şərait yaradır. Bu adam ən eybəcər korrupsiya ilə məşğuldur. Onu da deyim ki, artıq bunu hüquq-mühafizə orqanları araşdırır. Avropadan da bununla bağlı münasibət bildirilib, oradakı strukturlar məsələ ilə məşğuldur. Bunun qarşısı artıq alınmaqdadır. Çünki ora mühacir adı altında gedənlər həmin dövlətdən maliyyə almalı olurlar, o dövlət müəyyən müddət ora gedənin minimum yaşayış həddini təmin etməyə məcbur olur. İndi siyasətlə yox, dəllallıqla məşğul olanlar mitinq keçirməyə cəhd edərək qanunsuzluqdan dəm vurur. Bunlardan hətta bəziləri bu yolla gedib Avropada öz kiçik biznesini qurur və oradan əldə etdikləri vəsaitlərdən Əli Kərimliyə yönəldirlər. Bu barədə də artıq məlumat var. Bəziləri isə həmin dairələrin təhlükəsizlik xidmətinin təsirinə düşür və onlara işləməyə başlayır”. S. Novruzov bildirib ki, aksiyada təşkilatçılar özləri də xalqın mitinqə çıxmadığını etiraf ediblər: "Təbii ki, xalqın onlara heç bir etimadı yoxdur. Xalq bu gün öz dövlətinə, prezidentinə və ölkədə gedən inkişafa etimad göstərir. Amma xaricdən maliyyə alan, erməni lobbisinə xidmət göstərən, Azərbaycanın maraqlarını satan bu cür qüvvələrə xalq "yox” deyir. Aksiyada onların ətrafında olan bəzi qohumlar, bir neçə qeyri-hökumət təşkilatı, müxtəlif şəkildə cinayət törətdiyi üçün həbs olunmuş şəxslərin yaxınları və pul ilə tutulmuş bəzi adamlar var idi. Onların sosial bazası məhz elə budur. Neçə illərdir elə eyni insanlar, eyni fikirlər təkrarlanır. İndi insanlar bunların nəyinə etimad göstərsin? Bu gün məhz bunlarla müqayisədə Yeni Azərbaycan Partiyası bir necə yerdə xeyirli işlər gördü, xeyli sayda ağac əkdi. Bu tədbirlərimizdən birinə toplaşanların sayı onların bu mitinqinə toplaşanların sayından qat-qat çox idi. Çünki insanların bizə inamı var”. (APA) AİA.az Geri dön |