Ana Sayfa > Dünya > Əri öldü, biskvit qutusundan sərvət tapdı
Əri öldü, biskvit qutusundan sərvət tapdıBu gün, 12:46. Yazar: Subhan |
![]() İngiltərənin Kornuoll şəhərində evdən tapılan köhnə biskvit qutusundan sərvət çıxıb. aia.az xarici mətbuata istinadən xəbər verir ki, ərinin ölümündən sonra evini təmizləyən qadın, təxminən 50 ildir gizlədilən bir peçenye qutusunun içərisində 62 qızıl sikkə tapıb. Sikkələr qadının 1970-ci illərdə vəfat edən ərinin investisiya olaraq aldığı qızıl kimi müəyyən edilib. Bildirilib ki, qadının əri o dövrün iqtisadi şəraiti və yüksək inflyasiya ilə bağlı narahatlıqlar səbəbindən qızılı təhlükəsiz investisiya hesab edib və əmanətləri barədə ətrafdakılara danışmayıb. Qeydlərə görə, investor 1975-ci ildə hər sikkə üçün təxminən 70-80 funt sterlinq ödəyib. Təxminən yarım əsr sonra sikkələr hərraca çıxarılıb. 41 Krugerrand sikkəsi təxminən 100.000 funt sterlinqə, 21 Britaniya suveren sikkəsi isə təxminən 13.000 funt sterlinqə satılıb. Beləliklə, satışdan əldə edilən ümumi gəlir 113.000 funt sterlinqi (təxminən 259 min) keçib. Hekayə, illərlə adi bir biskvit qutusunda saxlanılan qızılın onilliklər ərzində necə yüksək dəyərli bir investisiyaya çevrildiyini ortaya qoyub. aia.az Geri dön |