Ana Sayfa > İqtisadiyyat > Rövnəq Abdullayev İranın neft naziri ilə görüşüb
Rövnəq Abdullayev İranın neft naziri ilə görüşüb8-04-2017, 17:33. Yazar: admin |
Bu gün İrana səfər edən SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin neft naziri Bijan Namdar Zənganə ilə görüş keçirib. SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu bildirilib. Tərəflər İranda həyata keçirilən neft-qaz layihələrində SOCAR-ın iştirakı, qaz ticarəti sahəsində əməkdaşlıq, üçüncü ölkələrdə birgə layihələrin mümkünlüyü məsələlərini nəzərdən keçirib, ətraflı fikri mübadiləsi aparılıb. Yekunda müzakirə olunan mövzular üzrə araşdırma və təmasların işçi qaydada davam etdirilməsi qərara alınıb. Geri dön |