Ana Sayfa > Gündəm / Manşet > DİN Milli Şuranın mitinqi ilə bağlı bəyanat yayıb

DİN Milli Şuranın mitinqi ilə bağlı bəyanat yayıb


8-04-2017, 17:32. Yazar: admin
DİN Milli Şuranın mitinqi ilə bağlı bəyanat yayıb



Daxili İşlər Nazirliyi mitinqlə bağlı bəyanat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:
"Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

AİA.az
Geri dön