Ana Sayfa > Özəl > 27 yaşlı məşhur avtomobil bloqeri faciəvi qəzada öldü

27 yaşlı məşhur avtomobil bloqeri faciəvi qəzada öldü


Bu gün, 19:19. Yazar: vasif
27 yaşlı məşhur avtomobil bloqeri faciəvi qəzada öldü




Amerikalı avtomobil bloqeri Ceyms Ver Kaliforniyada baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Bloqerin 27 yaşı olub.

İlkin məlumata görə, Ver və şəxsiyyəti açıqlanmayan sərnişinin olduğu “McLaren” avtomobili yüksək sürətlə hərəkət edərkən idarəetmədən çıxıb. Maşın yoldan çıxaraq ağaca çırpılıb və daha sonra yanmağa başlayıb.

Hadisə yerinə polis və xilasedicilər cəlb olunub. Ceyms Ver və avtomobildəki digər şəxs nəqliyyat vasitəsinin içərisində huşsuz vəziyyətdə aşkar ediliblər.

Bloqerin həyatını itirməsi barədə məlumatı anası sosial şəbəkədə təsdiqləyib. O, paylaşımında oğlunu çox erkən itirdiyini bildirərək onunla bağlı duyğularını bölüşüb.

Qəzanın dəqiq səbəbləri və hadisənin bütün detalları ilə bağlı araşdırmanın davam etdiyi bildirilir.
Geri dön